Haqqımızda

AsProf şirkətlər qrupu üç müstəqil fəaliyyət göstərən şirkətlərdən ibarətdir.

Bunlar:

“AsProf” Sığorta Agentliyi MMC;

“AsProf Konsaltinq” MMC

“AsProf Logistics” MMC

Qrup üzvləri fəaliyyətini “ən əlverişli qiymət, keyfiyyətli xidmət və vicdanlı rəqabət” prinsipləri üzərində quraraq qısa müddət ərzində respublikada fəaliyyət göstərən nüfuzlu şirkətlərlə iş birliyi qurmağa müvəffəq olmuşlar.

Aşağıda AsProf şirkətlər qrupu üzvlərinin həyata keçirdiyi layihələr və tərəf müqabilləri barədə məlumat əldə edə bilərsiniz.

Sığorta

  • Kuveyt Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin işçilərinin tibbi sığortası, avtoparkının KASKO və icbari sığortası;
  • “Azərtunel” şirkətinin əmlak, məsuliyyət, inşaat riskləri sığortası, avtoparkın KASKO və icbari sığortası;
  • “AZ KİA Motors” şirkətinin avtomobillərinin KASKO sığortası;
  • “ESS-Az” şirkətinin işçilərinin tibbi sığortası, bədbəxt hadisələrdən icbari sığortası, avtoparkın KASKO və icbari sığortası;
  • “Ticarət Sənaye Şirkəti”nin işçilərinin tibbi sığortası. avtoparkının KASKO və icbari sığortası, şirkətin ümumi məsuliyyət sığortası;
  • “KRKA Tovarna Zdravil” şirkətinin avtoparkının KASKO və icbari sığortası;
  • “NANT” şirkətinin işçilərinin bədbəxt hadisələrdən icbari sığortası, avtoparkının KASKO və icbari sığortası;
  • Fransız liseyinin şagirdlərinin tibbi sığortası;
  • “SS Center” şirkətinin avtomobillərinin KASKO sığortası;
  • “Araz Motors” şirkətinin işçilərinin bədbəxt hadisələrdən icbari sığortası;
  • “Diplomat” şirkətinin avtoparkının kompleks sığortası;
  • “Network”, “AzEvrocar”, “Xəzər Avto” və bir çox şirkətlərin avtoparklarının kompleks sığortası;
  • Çoxsaylı fiziki şəxslərin fərdi qəza, KASKO, əmlak və icbari sığortaları.

Logistika

  • “Holcim” şirkətinin istehsal etdiyi klinker və sementin dəmir yolu və avtonəqliyyat vasitələri ilə Gürcüstanın Kaspi şəhərinə daşınması;
  • “Norm” şirkəti üçün dəmir yolu və avtonəqliyyat vasitələri ilə xammalın daşınması;
  • “Qazax Sement Zavodu”nun istehsal etdiyi klinker və sementin dəmir yolu vasitəsi ilə Gürcüstanın Kaspi və Kavtisxevi şəhərlərinə daşınması, respublika daxilində xammalın distribusiyası;
  • “Texnosnab” şirkəti üçün Mingəçevir-Bakı istiqamətində dəmir yolları vasitəsi ilə qumun daşınması;
  • “Arlind” şirkəti üçün Gürcüstanın Tkibuli bölgəsindən dəmir yolu vasitəsi ilə Azərbaycana kömürün daşınması.

Konsaltinq

  • “Standard İnsurance” ASC və “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin  satışı kanallarının genişləndirilməsi və qəzaların qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi;
  •  “Ticarət və Sənaye Şirkəti”nin satınalma prosedurlarının təkmilləşdirilməsi;
  • “Avromed” şirkətinin sığorta xərclərinin optimallaşdırılması;
  • “KredAgro” BOKT üçün sosial sığorta öhdəlikləri ilə əlaqədar mühasibatlıq sisteminin təkmilləşdirilməsi;
  • “KEE Group” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının cəlb və idarə edilməsi, xarici işçilərin milli qanunvericiliyə uyğun işə rəsmiləşdirilməsi və zəruri icazələrin alınması.