Biznes miqrasiya

Biznes miqrasiyası ilə əlaqədar qanunvericilik çox mürəkkəb və daima dəyişkəndir. Bu qaydalara riayət olunmadıqda böyük məbləğlərdə cərimələr tətbiq olunur. AsProf Konsaltinq aşağıda əks olunmuş xidmətləri təmin etməklə sizin vaxtınıza və vəsaitlərinizə qənaət edir:

  • Sənədləşmənin və müraciət prosedurlarının tələblərə uyğunluğunun yoxlanılması daxil olmaqla viza dəstəyi;
  • İş icazələrinin alınması üçün zəruri sənədləşmənin hazırlanmasına, qanunvericilikdə tələb olunan izahatların və əsaslandırmaların tərtibatına dəstək, müvafiq sənədlərin tərcüməsi, notarial hərəkətlər üçün sənədlərin hazırlanması və notarial ödənişlərin təmin olunması, karğüzarlıq və kuryer xidmətləri;
  • Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazələrin alınması ilə əlaqədar sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması, tələb olunan sənədlərin tərcüməsi, zəruri tibbi müayinənin təşkil olunması, kuryer xidmətləri.

Yerli işçilərin işə qəbulu və qanunvericiliyin tələblərinə uyğun olaraq leqallaşdırılması, müvafiq dövlət orqanlarına zəruri məlumatların və sənədlərin təqdim olunması daxil olmaqla insan resurslarının idarə olunmasına dəstək.