Mühasibat və uçot xidmətləri

Biznesin genişləndirilməsi və maliyyə stabilliyinə doğru istiqamətləndirilməsi zamanı səmərəli mühasibatlıq ciddi əhəmiyyət kəsb edir.  Biznesə başlayarkən bir çox şəxlər üçün mühasibatlıq yorucu bir fəaliyyət kimi görsənir və mühasibatlıq uçotu ilə maliyyə planlaşdırılmasına lazımi diqqətin yetirilməməsi  dərhal pul vəsaitlərinin zəif idarəetməsinə və vergi öhdəliklərinin vaxtı-vaxtında qarşılanmamasına səbəb olaraq bir çox şirkətlərin  uğursuzluq və müflisləşməsi ilə nəticələnir.

AsProf Konsaltinq gündəlik pul hərəkətlərinin qeydiyyatının aparılması, gəlir  və xərclərin qeydiyyatının, ödəniş cədvəllərinin hazırlanması və vergi öhdəliklərinin vaxtı-vaxtında qarşılanması üzrə  peşəkar mühasibatlıq xidmətlərini göstərir. Bizim mütəxəssislər sizin biznesinizin dəyişən tələblərinə müvafiq olan bank və mühasibatlıq strukturunu müəyyən edərək ən əlverişli mühasibatlıq proqramını tövsiyyə edəcəklər.

Mühasibat uçotu istənilən biznesin vaxtı-vaxtında və dəqiqliyi ilə məlumatların qeydiyyatını aparmağa imkan verən ən əsas funksiyalarından biridir. Bu, düşünülmüş qərarların verilməsi prosessini asanlaşdırması məqsədilə rəhbərliyə biznes fəaliyyəti barədə dəqiq və etibarlı məlumatların ötürülməsi üçün maliyyə məlumatlarının və təhlillərin hazırlanmasını mümkün edən fəaliyyət növüdür.

Həmçinin, aşağıdakılarla əlaqədar bütün fəaliyyət növləri üçün icbari olan tələblər mövcuddur:

  • Mənfəət;
  • Gömrük və aksizlər (ƏDV məqsədləri üçün);
  • Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər tələblər.

Bu fəaliyyət həmçinin aşağıdakılar ilə əlaqədar böyük əhəmiyyət kəsb edir:

  •  Bütün gəlir və xərcləri izləmək, debitor və kreditorlara nəzarət etmək.
  •  Sizə və sizə xidmət edən banka menecment məlumatını təqdim etmək.
  •  İdarəetmə ilə əlaqədar qərarları qəbul etmək və gələcək addımları planlaşdırmaq.

Göstərə biləcəyimiz dəstək

AsProf Konsaltinq sizin vaxtınıza və vəsaitinizə qənaət edə və bu işlərin düzgün aparılıb-aparılmamasına dair narahatçılığınızı aradan qaldıra bilər.

Biz sizin mühasibat və uçot ilə əlaqədar bütün məsələlərinizi idarə etmək iqtidarındayıq. İdarəetmə hesablarınızın hazırlanmasına əlavə olaraq, biz həmin məlumatı incələyərək onu davamlı inkişafınız üçün istifadə olunmasına yardım edəcəyik.

 

Fərdi və Korporativ Vergitutma

AsProf Konsaltinq fiziki və hüquqi şəxslərə vergi qanunvericiliyinin bütün aspektləri üzrə məsləhətlərlə təmin edir. Sizin fəaliyyətinizin cari qanunvericiliyə tam cavab verməsinə əmin olmaq üçün bizim kifayət qədər təcrübəmiz və daxili sistemlərimiz mövcuddur.

 

Maliyyə məsləhəti xidmətləri

 

Biz geniş çeşiddə vergi məsləhət xidmətlərini təklif edirik. AsProf Konsaltinqın əməkdaşları müştərinin biznesinin həcmindən asılı olmayaraq onun tələblərindən xəbərdar olmaq və onlara anlamlı yanaşmaqla həmin şirkətin bəyan etdiyi yüksək standartlara riayyət etməklə və keyfiyyətə zərər vurmadan səmərəli məsrəflər tərzində hesabların idarə olunması sahəsində (Mühasibatlıq məsləhətləri xidmətləri/Maliyyə məsləhətləri xidmətləri/Biznesin idarəolunması məslətləri xidmətləri) təlimləndirilmişlər.

Bizim məqsədimiz sadəcə il ərzində maliyyə hesabatlarının hazırlanması deyil və bu səbəbdən bizim müştərilərimiz ofislərimizdə görüşərək öz illik maliyyə hesabatlarını müzakirə etməklə yanaşı mümkün olan vergi planlaşdırılması imkanlarını və fəaliyyətin genişləndirilməsi məsələlərini nəzərdən keçirməyə təşviq olunurlar.

Bizim mühasibatlıq xidmətləri bölməmiz vergi xidmətləri bölməsilə sıx əməkdaşlıq edərək vergi planlaşdırılmasını həyata keçirir və vergilərin vaxtı-vaxtında ödənilməsi üçün zəruri məlumatların mövcud olmasını təmin edir.

Göstərə biləcəyimiz dəstək

AsProf Konsaltinq sizin maliyyə hesabatlarınızı cəld və səmərəli şəkildə hazırlayaraq müvafiq dövlət orqanlarının tələblərinə uyğunluğu (mümkün cərimələrin tətbiqindən yan keçmək) təmin edir və eləcə də sizin istəyiniz əsasında təfsilatlı təhlili təqdim edir. Mühasibatlıq uçotunuzun hansı halda olduğundan asılı olmayaraq, biz sizə, dövlət orqanlarının tələblərinə və ya hər-hansı üçüncü tərəfə lazım olan formada maliyyə hesabatlarının hazırlanmasını təmin edə bilərik.