Logistika

AsProf Logistics tərəfindən təmin olunan logistika xidmətləri, təchizat şəbəkəsinin idarə edilməsi və daşıma həlləri istənilən sənayedə çalışan müştərilərə yüksək keyfiyyətli xidmətləri göstərməyə imkan yaradır. Müştərilərimizlə çalışarkən, biz işimizi müştərilərimizin sanki daxili logistika bölməsi kimi qururuq.

Azərbaycanda və xaricdə fəaliyyət göstərən nüfuzlu daşıyıcılarla qurduğumuz iş birliyi müştərilərimizə ən əlverişli qiymət və ən yüksək xidmət prinsipləri ilə xidmət göstərməyə imkan yaradır.

Tələblərinizə uyğun logistika həllərini təmin edən təcrübəli 3PL tərəfdaşla iş birliyi qurmaq niyyətiniz olduğu təqdirdə AsProf Logistics-in təklif etdiyi xidmətlərlə tanış olmağa sizi dəvət edirik. Xidmətlərimiz haqqında daha təfərrüatlı məlumat əldə etmək üçün bizim müştəri xidmətləri bölməmizlə əlaqə yarada bilərsiniz.