Nəqliyyat vasitələrinin etibar əsasında idarə olunması

AsProf Logistics olaraq, biz öz müştərilərimizə əlverişli qiymətlər təqdim etməklə, onlara rəqabətli üstünlük əldə etməyə imkan yaradırıq və nəqliyyat xərcləri və riskləri barədə düşünmək əvəzinə onlara əsas biznesləri üzərində fokuslaşmalarına şərait yaratmış oluruq. Biz etibar əsaslı nəqliyyat vasitələrinin idarə edilməsi və ya etibar əsaslı daşınma müqaviləsi təklif edirik ki, bu xidmət xüsusi nəqliyyat şəbəkəsi və ya xətti üçün zəruri olan bütün mövcud aktivləri – sürücü, traktor, treyler və digər resursları özündə cəmləşdirir.

Bizim etibar əsasında daşıma xidmətlərimiz, logistika xərclərini azaltmaq və xidmət səviyyəsini yüksəltməklə yanaşı müştərilərimizi məsuliyyətdən azad edir və çatdırma ilə əlaqədar gündəlik rutin iş yükünü “yox” səviyyəsinə endirir. Siz öz nəqliyyat vasitələrinizin idarə edilməsini AsProf Logistics-a həvalə etdikdə, biz etibarlı tərəfdaş olaraq sizinlə yalnız yüklərinizin daşınması üzrə deyil, həmçinin sizin xalis mənfəətinizin artmasına səbəb olan əməkdaşlıq quracağıq.

Siz daşıma ehtiyaclarınızı AsProf Logistics-a həvalə etdikdə, biz ən xırda detallaradək sizin logistika tələblərinizi incələyəcəyik. Biz diqqətimizi sizin məhsullarınızın təhlükəsizliyinə yönəldərək intermodal daşıma və kros-doking daxil olmaqla məhsullarınızın çatdırılma müddət və məsrəflərini azaldan müxtəlif xidmətlər təklif edirik. 

Bizim nəqliyyat idarəetmə bölməmiz aşağıdakı xidmətləri təklif edir:

  • Mütərəqqi müştəri xidmətləri və məsrəflərə nəzarət;
  • Nəqliyyat xərclərinin azaldılması;
  • İddia və risklərin idarə olunması;
  • Geriyə dönən marşrutda daşımaya qəbul edilmiş yükdən əldə olunan gəlirin bölgüsü.