Yük brokeri xidmətləri

AsProf Logistics daşıyıcılara ödənişin edilməsindən daşıma zamanı ortaya çıxa biləcək istənilən məsələnin həllinədək sizin yükünüzün təyinat yerinə çatdırılması ilə əlaqədar bütün öhdəlikləri öz üzərinə götürür. Bizim məqsədimiz müştərilərimizə əsas fəaliyyətinin inkişafına fokuslaşmağına şərait yaratmaqdır və biz öz xidmətlərimizi sizin biznesin genişlənməsi kimi qiymətləndiririk. Biz sizin yükünüzün daşınmasının hər bir mərhələsini idarə edəcəyik.

Hal-hazırda biz dünya boyunca bütün növ daşıma vasitələrinə malik olan yüksək nüfuzlu  daşıyıcılarla  əməkdaşlıq edirik. Bu kimi geniş şəbəkənin mövcudluğu sizə ən əlverişli qiymətlə ən yüksək keyfiyətli xidmət göstərməymizə imkan yaradır.

 

YÜK MAŞINININ TAM YÜKLƏNMƏSİ

Biz öz daşıyıcı tərəfdaş şəbəkəmiz vasitəmizlə sizin iri həcmli yüklərinizdən tutmuş həssas yüklərinizədək istənilən yükünüz üçün mükəmməl daşıma seçimi təqdim etmək iqtidarındayıq. Bura aşağıdakılar daxildir:

  • Standart (quru) avtofurqon
  • Soyuducu
  • Planşet tipli yük maşını

 

YÜK MAŞINININ QİSMƏN YÜKLƏNMƏSİ (LTL)

AsProf Logistics yük maşınının qismən yüklənməsini daha sadə və qiymət baxımından daha səmərəli təşkil edir. Bir çox şirkətlər üçün yük maşınının tam yüklənməsi hər zaman mümkün olmur və bu təqdirdə biz sizin yükünüzü vaxtı vaxtında və əlverişli qiymətlərlə daşınması üçün öz daşıyıcı tərəfdaş şəbəkəmizdən bu kimi daşımalarda ixtisaslanmış ən münasib birini seçərək sizin sifarişinizi icra edirik.  

 

PLANŞET TİPLİ YÜK MAŞINI

Bir çox istehsalçı, inşaat şirkətlərləri və digər sənayelərin məhsulları adi yük maşını ilə daşınma üçün uyğun gəlmir. Yerli logistika və daşıma şirkəti olaraq, bizim ən əlverişli qiymətlərlə yüksək təhlükəsizlik tələblərinə və peşəkar nüfuza malik olan planşet yük maşını operatorları ilə iş birliyi təcrübəmiz mövcuddur.  

İRİ HƏCİMLİ YÜKLƏR

Biz müvafiq icazələri alaraq sizin iri həcmli və böyük ölçülü yüklərinizin daşınması üçün sizə ən əlverişli təkliflər vermək iqtidarındayıq. Biz anlayırıq ki, planşet tipli yük daşınması zamanı təhlükəsizlik əsas əhəmiyyət kəsb edən amildir və bu baxımdan biz belə yüklərin müvafiq təhlükəsizlik tələblərinə uyğun daşımasını həyata keçirməkdə ixtisaslaşmış daşıyıcılar ilə əməkdaşlıq edirik.    

 

SOYUDUCU

Əczaçılıq, ərzaq və ya digər tez xarab olan mallar olduqda, bizim brokerlər soyuducu atomobillərlə daşıyıcılar ilə əməkdaşlıq edərək sizin mallarınzı tələb olunan ünvana təyin edilmiş müddətdə çatdıracaqlar. Soyuducu ilə daşıma zamanı qüsursuz iqlim tənzimlənməsi və yükün vaxtında təyinat yerinə çatdırılması əsas amildir. Biz öz tərəfdaş daşıyıcılarımızla sıx əməkdaşlıq edərək sizin tələblərinizə cavab verən və yükünüz üçün ən uyğun olan nəqliyyatı təmin edirik. 

AsProf Logistics anlayır ki, bütün daşımalar eyni ola bilməz. Dondurulmuş maldan təzə bağ-bostan məhsullarınadək optimal temperatur və daşıma müddəti fərdi xarakter daşıyır. Biz tərəfadaş daşıyıcı şəbəkəsi vasitəsilə istər soyuducunun tam yüklənməsini,  istərsə də qismən yüklənməsini təmin etmək iqtidarındayıq.

HAVA NƏQLİYYATI İLƏ DAŞIMA

1Sizin yükünüz uçün zaman əhəmiyyətli olduğu təqdirdə bizim hava nəqliyyatı xidmətimiz sizin üçün ən yaxşı seçim ola bilər. Biz dünyanın hər bir tərəfinə gündəlik yük göndərilməsini təklif edirik. Bu baxımdan sizin malınız tez xarab olan, təhlükəli və ya tez və vaxtında çatdırılması tələb olan istənilən digər əmtəədirsə belə, biz sizin üçün ən əlverişli həll yolunu təklif edə biləcəyik.

Ünvana çatdırma

Sizin yükünüzün daşınması üçün bizi ən uyğun seçiminiz edən bizim dünya boyunca yayılmış şəbəkəmizdir.  Hava limanından-hava limanınadək, qapıdan-qapıya və ya hər-hansı digər istənilən kombinasiya sifariş etdiyiniz təqdirdə, biz zəruri olan tədbirləri həyata keçirəcəyik.

Sizin yükünüzün həcmi, növü və göndərmə tezliyindən asılı olmayaraq, biz sizin tələblərinizə cavab verən xidmətləri göstərməyə qadirik. Bizim hava nəqliyyatı ilə daşıma xidmətlərimizə aşağıdakılar daxildir:

  • Tam çarter
  • Hissəli çarter
  • Konsolidasiya

 

DƏNİZ DAŞIMALARI

Daşıma xərcləri sizin üçün vacib olduqda və çatdırılma müddəti əhəmiyyət kəsb etmədikdə, yükünüz iri həcmli və yüksək tonnajlı olduqda, bizim dəniz daşımaları xidmətimizdən bəhrələnə biləcəksiniz. İl boyunca böyük həcmlərdə həyata keçirdiyimiz daşımalar sizə yüksək tezliklə və əlverişli qiymətlərlə sizə daşıma xidmətlərimizi təklif etməyə imkan verir. Biz həmçinin dünyanın istənilən limanından kontinentlər arası eləcə də kiçik dəniz daşımaları üzrə sizin tələbləri qane etmək üçün geniş seçim təqdim etmək iqtidarındayıq.

Ünvanınıza çatdırılma                                                         

Bizim mütəxəssislər sizi mürəkkəb liman şəbəkəsi, müxtəlif qanunvericilik və mədəniyyət normaları üzrə dəstək verərək sizin yükünüzün limandan limana daşınmasına yardımçı olacaqlar. Yükünüzün limanda qarşılanmasını və ünvanınıza çatdırılmasını istədiyiniz təqdirdə, biz bu məsələlərdə də sizə yardımçı ola bilərik. Biz dəniz daşımaları xidmətlərimizi öz hava, dəmir yolları və yük avtmobilləri xidmətlərimizi bir araya gətirərək sizin tələbərinizə və tranzit müddətlərinizə cavab vermək iqtidarındayıq.

Yük növləri

Yükünüzün təhlükəli, qabaritdən kənar və ya standart daşıma şərtlərinə uyğun olmasından asılı olmayaraq, bizim xidmət şəbəkəmiz sizə dəstək olmaq üçün hər zaman hazırdı.

Aşağıda təklif etdiyimiz bəzi dəniz daşımaları xidmətlərimizlə tanış ola bilərsiniz:

  • Konteynerin tam yüklənməsi;
  • Konteynerin qismən yüklənməsi;
  • Qeyri konteyner yüklərinin daşınması;
  • Səpmə yük daşımaları.