Hüquqi və təşkilati dəstək
Bizim mütəxəssislərimiz ailələrə, fərdi sahibkarlara və şirkətlərə praktiki məsləhətlərin verilməsində ixtisaslaşmışlar.
Biznes fəaliyyətinə başlamağı planlaşdırdıqda, biz sizə uyğun təşkilati-hüquqi strukturun seçimində yardım edə bilərik. Biz sizə təsisçilər, səhmdarlar, işçilər və digər maraqlı tərəflər arasında danışıqların aparılmasında və sənədlərin rəsmiləşdirilməsində dəstək ola bilərik. Bizim xidmətlərimizə aşağıdakılar daxildir:
Azərbaycanda məhdud məsuliyyətli və ya səhmdar cəmiyyətinin, nümayəndəliyin və ya agentliyin təsis edilməsi ilə əlaqədar qanunvericiliyin tələbləri üzrə məsləhətlər;
Sənaye layihələri, agentlik müqavilələrin, tenderdə birgə iştirak müqavilələrin, texniki yardım müqavilələrinin və əlaqəli sazişlərin şərtlərinin razılaşdırılması və mütəxəssis dəstəyi;
Şirkətlərin birləşməsi və satınalınması ilə əlaqədar mütəxəssis məsləhətləri, eləcə də borc qiymətli kağızlarının və səhmlərin emissiyası ilə əlaqədar emissiya prospektlərinin hazırlanmasına dəstək.