Konsaltinq
Təşkilatların uğurlu fəaliyyəti onların yeni çağırışlara və imkanlara cəld cavab verməsi ilə şərtlənir. Düzgün qərarın qəbul olunması üçün yeni trendləri dərindən anlamaq zəruridir. Baş verən dəyişikliklərə hazırlıqlı olmaq üçün təşkilatlar öz resurslarını və risklərini düzgün qiymətləndirməlidirlər.
AsProf Konsaltinq mövcud bazarın ətraflı təhlilini apararaq müştərilərimizə biznes fəaliyyətlərini təkmilləşdirməyə yardım edir. Bunu etmək üçün, biz strateji kommersiya təfəkkürünü mövcud şəraitə, vəsaitlərə və insan resurslarına dair geniş və praktiki bilik və bacarıqlarla birləşdiririk.
Biznesin genişləndirilməsi və maliyyə stabilliyinə doğru istiqamətləndirilməsi zamanı səmərəli mühasibatlıq ciddi əhəmiyyət kəsb edir. Biznesə başlayarkən bir çox şəxlər üçün mühasibatlıq yorucu bir fəaliyyət kimi görsənir və mühasibatlıq uçotu ilə maliyyə planlaşdırılmasına lazımi diqqətin yetirilməməsi dərhal pul vəsaitlərinin zəif idarəetməsinə və vergi öhdəliklərinin vaxtı-vaxtında qarşılanmamasına səbəb olaraq bir çox şirkətlərin uğursuzluq və müflisləşməsi ilə nəticələnir.
AsProf Konsaltinq gündəlik pul hərəkətlərinin qeydiyyatının aparılması, gəlir və xərclərin qeydiyyatının, ödəniş cədvəllərinin hazırlanması və vergi öhdəliklərinin vaxtı-vaxtında qarşılanması üzrə peşəkar mühasibatlıq xidmətlərini göstərir. Bizim mütəxəssislər sizin biznesinizin dəyişən tələblərinə müvafiq olan bank və mühasibatlıq strukturunu müəyyən edərək ən əlverişli mühasibatlıq proqramını tövsiyyə edəcəklər.
Mühasibat uçotu istənilən biznesin vaxtı-vaxtında və dəqiqliyi ilə məlumatların qeydiyyatını aparmağa imkan verən ən əsas funksiyalarından biridir. Bu, düşünülmüş qərarların verilməsi prosessini asanlaşdırması məqsədilə rəhbərliyə biznes fəaliyyəti barədə dəqiq və etibarlı məlumatların ötürülməsi üçün maliyyə məlumatlarının və təhlillərin hazırlanmasını mümkün edən fəaliyyət növüdür.
Həmçinin, aşağıdakılarla əlaqədar bütün fəaliyyət növləri üçün icbari olan tələblər mövcuddur:
Bu fəaliyyət həmçinin aşağıdakılar ilə əlaqədar böyük əhəmiyyət kəsb edir:
Göstərə biləcəyimiz dəstək
AsProf Konsaltinq sizin vaxtınıza və vəsaitinizə qənaət edə və bu işlərin düzgün aparılıb-aparılmamasına dair narahatçılığınızı aradan qaldıra bilər.
Biz sizin mühasibat və uçot ilə əlaqədar bütün məsələlərinizi idarə etmək iqtidarındayıq. İdarəetmə hesablarınızın hazırlanmasına əlavə olaraq, biz həmin məlumatı incələyərək onu davamlı inkişafınız üçün istifadə olunmasına yardım edəcəyik.
AsProf Konsaltinq fiziki və hüquqi şəxslərə vergi qanunvericiliyinin bütün aspektləri üzrə məsləhətlərlə təmin edir. Sizin fəaliyyətinizin cari qanunvericiliyə tam cavab verməsinə əmin olmaq üçün bizim kifayət qədər təcrübəmiz və daxili sistemlərimiz mövcuddur.
Biz geniş çeşiddə vergi məsləhət xidmətlərini təklif edirik. AsProf Konsaltinqın əməkdaşları müştərinin biznesinin həcmindən asılı olmayaraq onun tələblərindən xəbərdar olmaq və onlara anlamlı yanaşmaqla həmin şirkətin bəyan etdiyi yüksək standartlara riayyət etməklə və keyfiyyətə zərər vurmadan səmərəli məsrəflər tərzində hesabların idarə olunması sahəsində (Mühasibatlıq məsləhətləri xidmətləri/Maliyyə məsləhətləri xidmətləri/Biznesin idarəolunması məslətləri xidmətləri) təlimləndirilmişlər.
Bizim məqsədimiz sadəcə il ərzində maliyyə hesabatlarının hazırlanması deyil və bu səbəbdən bizim müştərilərimiz ofislərimizdə görüşərək öz illik maliyyə hesabatlarını müzakirə etməklə yanaşı mümkün olan vergi planlaşdırılması imkanlarını və fəaliyyətin genişləndirilməsi məsələlərini nəzərdən keçirməyə təşviq olunurlar.
Bizim mühasibatlıq xidmətləri bölməmiz vergi xidmətləri bölməsilə sıx əməkdaşlıq edərək vergi planlaşdırılmasını həyata keçirir və vergilərin vaxtı-vaxtında ödənilməsi üçün zəruri məlumatların mövcud olmasını təmin edir.
Göstərə biləcəyimiz dəstək
AsProf Konsaltinq sizin maliyyə hesabatlarınızı cəld və səmərəli şəkildə hazırlayaraq müvafiq dövlət orqanlarının tələblərinə uyğunluğu (mümkün cərimələrin tətbiqindən yan keçmək) təmin edir və eləcə də sizin istəyiniz əsasında təfsilatlı təhlili təqdim edir. Mühasibatlıq uçotunuzun hansı halda olduğundan asılı olmayaraq, biz sizə, dövlət orqanlarının tələblərinə və ya hər-hansı üçüncü tərəfə lazım olan formada maliyyə hesabatlarının hazırlanmasını təmin edə bilərik.
Biznes miqrasiyası ilə əlaqədar qanunvericilik çox mürəkkəb və daima dəyişkəndir. Bu qaydalara riayət olunmadıqda böyük məbləğlərdə cərimələr tətbiq olunur. AsProf Konsaltinq aşağıda əks olunmuş xidmətləri təmin etməklə sizin vaxtınıza və vəsaitlərinizə qənaət edir:
Yerli işçilərin işə qəbulu və qanunvericiliyin tələblərinə uyğun olaraq leqallaşdırılması, müvafiq dövlət orqanlarına zəruri məlumatların və sənədlərin təqdim olunması daxil olmaqla insan resurslarının idarə olunmasına dəstək.
Yerli sığorta bazarında müxtəlif sığorta məhsullarını təklif edən sığorta şirkətlərinin sayının çoxluğu sizin tələblərinizə cavab verən sığorta təminatçısının seçimində müəyyən tərəddüdlər yaradır. AsProf Konsaltinq sizə uyğun sığorta təminatçısının seçimində və sığorta xərclərinizin azaldılmasında sizə dəstək olacaq. Sığorta şirkətininin seçimi zamanı AsProf Konsaltinq aşağıdakı meyyarları rəhbər tutur:
Etibarlı təkrarsığorta şirkətləri ilə təkrarsığorta müqavilələrin mövcudluğu.
Bizim mütəxəssislərimiz ailələrə, fərdi sahibkarlara və şirkətlərə praktiki məsləhətlərin verilməsində ixtisaslaşmışlar.
Biznes fəaliyyətinə başlamağı planlaşdırdıqda, biz sizə uyğun təşkilati-hüquqi strukturun seçimində yardım edə bilərik. Biz sizə təsisçilər, səhmdarlar, işçilər və digər maraqlı tərəflər arasında danışıqların aparılmasında və sənədlərin rəsmiləşdirilməsində dəstək ola bilərik. Bizim xidmətlərimizə aşağıdakılar daxildir:
Azərbaycanda məhdud məsuliyyətli və ya səhmdar cəmiyyətinin, nümayəndəliyin və ya agentliyin təsis edilməsi ilə əlaqədar qanunvericiliyin tələbləri üzrə məsləhətlər;
Sənaye layihələri, agentlik müqavilələrin, tenderdə birgə iştirak müqavilələrin, texniki yardım müqavilələrinin və əlaqəli sazişlərin şərtlərinin razılaşdırılması və mütəxəssis dəstəyi;
Şirkətlərin birləşməsi və satınalınması ilə əlaqədar mütəxəssis məsləhətləri, eləcə də borc qiymətli kağızlarının və səhmlərin emissiyası ilə əlaqədar emissiya prospektlərinin hazırlanmasına dəstək.