Fiziki şəxslərin avtomobillərinin könüllü sığortası

Fiziki şəxslərin avtomobillərinin sığortası aşağıdakı şərtlər üzrə həyata keçirilir:

Üstünlüklər:

  • Hadisə yerindən avtomobilin evakuasiyası (qeyri-məhdud dəfə),
  • Avtomobilin təmirinin ancaq AXA MBASK Sığorta Şirkətinin tərəfdaşları kimi təsdiq olunmuş ixtisaslaşdırılmış təmir mərkəzlərində aparılması,
  • Zəmanətli və yeni avtomobillərin təmirinin ancaq istehsalçı zavodun rəsmi nümayəndəliklərində aparılması,
  • Kiçik məbləğdə zərərin hadisə DYP-də rəsmiləşdirilmədən ödənişi (YNH-də günahkar sığortalı olduğu halda),
  • Zərər sığorta şirkəti tərəfindən qiymətləndirildikdən sonra onun dəyərinin sığorta ödənişi kimi verilməsinin mümkünlüyü,
  • Daimi informasiya dəstəyi.


KASKO SIĞORTA

Sığorta obyekti:

  • Nəqliyyat vasitələri (NV).

Sığorta riskləri:

  • Yol-nəqliyyat hadisəsi,
  • Yanğın,
  • İldırım vurması,
  • Partlayış,
  • Təbii fəlakət (dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan),
  • Üçüncü şəxslərin pis niyyətlə NV-yə qarşı hərəkətləri,
  • Düşən əşyaların ziyan vurması,
  • Oğurluq (sındırılmaqla)
  • Sair təsadüfi və gözlənilməyən hadisələr nəticəsində vurulmuş ziyan.

MÜLKİ MƏSULİYYƏTİN SIĞORTASI

Sığorta obyekti:

  • Avtomobil sahibinin məsuliyyəti.

Sığorta növləri:

  • Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (NVSMMİS)
  • Avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası (NVSMMKS)

Sığorta hadisəsi:

  • Avtomobil sahibinin sığortalanmış avtomobili idarə edərkən digər şəxslərin həyatına, sağlamlığına və əmlakına vurulmuş zərərin ödənilməsi mükəlləfiyyəti.

SÜRÜCÜNÜN VƏ SƏRNİŞİNLƏRIN BƏDBƏXT HADİSƏLƏRDƏN SIĞORTASI

Sığorta obyekti:

  • NV-də sürücünün və sərnişinlərin həyat və sağlamlıqları.

Sığorta hadisəsi:

  • Avtomobildə olarkən, ya da ona minərkən və ya düşərkən baş vermiş bədbəxt hadisə nəticəsində sığortalının və sərnişinlərin sağlamlığına zərər dəyməsi və ya ölümü.

ƏLAVƏ TƏMİNATLAR

 

  • Əlavə avadanlığın sığortası — avtomobildə quraşdırılmış və onun zavod komplektasiyasına daxil olmayan audio, video aparatlar, rabitə və xəbərdarlıq sistemləri, işıq-texniki və digər avadanlıq oğurlandıqda, zədələndikdə və ya məhv olduqda,
  • Qıfılların dəyişdirilməsi — sığortalanmış maşının açar və/və ya pultunun itməsi və ya oğurlanması ilə bağlı qıfılların, açar və/və ya pultun dəyişdirilməsi üzrə xərclərin ödənişi,
  • Təcili texniki yardım — sığorta hadisəsi (risk) olmayan hadisə nəticəsində avtomobilin xarab olduğu və ya sıradan çıxdığı halda sığortalanmış avtomobilə yollarda təcili texniki yardımın təşkil olunması,
  • Təcili tibbi yardım — zərurət yarandığı təqdirdə sığortalanmış avtomobilin sürücüsü və sərnişinlərinə təcili tibbi yardımın təşkil olunması,
  • Hadisənin araşdırılması ilə bağlı xərclər — sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxslərdən dəymiş zərərin əvəzinin qaytarılması ilə bağlı sığortalının məhkəmə xərclərinin (dövlət rüsumu və işin baxılması ilə bağlı xərclər), sığorta müqaviləsi ilə təmin olunmayan və /və ya məhkəmədən kənarda mübahisələrin həlli üçün cəlb olunmuş vəkillərin xidmətinin ödəniş xərclərinin sığortalıya ödənişi,
  • Digər avtomobilin idarə olunması — sığortalanmış avtomobildən fərqli digər avtomobili idarə edərkən sığortalının mülki məsuliyyəti təmin olunur.