HAQQIMIZDA

AsProf, Logistics, Məsləhət

DƏMİR YOLU DAŞINMASI

Şirkətin dəmir yolu ilə təklif etdiyi xidmət növləri:

  • İstənilən miqdarda yükün qəbulu: Bir konteynerdən bir vaqona kimi yüklərin qəbulu;
  • Yüklərin daimi izlənməsi;
  • Kompleks, kiçik həcmli, o cümlədən xüsusi şərtlər əsasında daşınma tələb edən yüklərin daşınması;
  • Ağır və iri qabaritli yüklərin daşınmasında yükün bərkidilməsinin təşkili;
  • Xüsusi yüklərin daşınması üçün ayrıca marşrutların təşkili;
  • Qərbi Avropadan və Cənub Şərqi Asiyadan dəmir yolu ilə yüklərin təşkili.
  • Daşınmanın bütün mərhələlərində, son nəticə olaraq siz ancaq yeganə hüquqi şəxs ilə məşğul olursunuz. Bütün bunlar nəqliyyatın nəql edilməsində və dəmir yolu daşınmalarında, kombinasiyaların qurulmasında mühüm rol oynayır.
AsProf, Logistics, Məsləhət AsProf, Logistics, Məsləhət

AVTOMOBİL DAŞINMASI

AS Prof Logistics MMC şirkətinin daha bir xidmət sahəsi yüklərin avtomobil nəqliyyatı yolu ilə daşınmasıdır. Şirkət maksimal effektivliklə, şəxsi resurslarından istifadə edərək yüklərin dünyanın istənilən nöqtələrinə çatdırılmasını təmin edir. Şirkətin hal-hazırdakı avtomobil resursları tam gücü ilə fəaliyyətdədir. Nəzərə almaq lazımdır ki, irimiqyaslı və uzun müddətli layihələri həyata keçirərkən fraxtın əhəmiyyətli həcmləri ciddilik tələb edir. Tək bir şirkətin yük maşınları flotundan istifadə edərək bu məsələni bacara bilmək qeyri-mümkündür. Buna görə də, şirkəti, transportyor, ekspeditor kimi, partnyorlarını və onların resurslarını bu kimi iri miqyaslı işlərə cəlb edir. Şirkət standart həcmdə yüklərin çatdırılmasına öhdəliklərin ciddi yerinə yetirməsinə zəmanət verir. AS Prof Logistics MMC Şirkəti Rusiyanın məlum avtomobil nəqliyyatı müəssisələri, MDB ölkələri, Avropa və Baltik dövlətləri ilə ən etibarlı, uzun müddətli müqavilələri bağlamışdır ki, buda yüklərin daşınmasını asanlaşdırır. AS Prof Logistics MMC şirkətinin qurduğu əməkdaşlıq əlaqələri və müştərək fəaliyyəti o cümlədən daşımaçılıq sahəsində təcrübələri qısa müddət ərzində effektli marşrutları aşkar etməyə imkan yaradır. İdxal - İxrac Daşınma Marşrutları:

  • Skandinaviya istiqamətində: Finlandiya, İsveç, Norveç, Danimarka, Böyük Britaniya;
  • Qərbi Avropa: Fransa, Almaniya, Avstriya, Benilüks, İsveçrə, Çexiya Respulikası, Slovakiya, Belçika, Niderland, Polşa;
  • Cənubi Avropa istiqamətində: Portuqaliya, İspaniya;
  • Avropa istiqamətində: Almaniya, Macarıstan, Rumınya, Bolqariya, Türkiyə, əvvəlki Yuqoslaviya, İtaliya, Yunanıstan, Suriya, İordaniya;

AS Prof Logistics MMC Şirkəti standart və qeyri-standart təhlükəli, qiymətli yüklərin daşınmasını da həyata keçirir. Beynəlxalq daşınmalarda, şirkət 90-120 m2 həcmli nəqliyyat vasitələrindən istifadə edir. Bundan əlavə müştərilərə Avropa anbarlarında qablaşdırma, yüklərin saxlanmasını da təklif edir.

AsProf, Logistics, Məsləhət

Dənİz yolu daşınması

Şirkətimiz böyük məmnuniyyətlə sizə beynəlxalq yüklərin dəniz yolu ilə daşınmasını, yüklərin optimal boşaldıb yükləmə xidmətlərini təklif edir. Şirkətin dəniz nəqliyyatında təklif etdiyi xidmət növləri:

  • Ümumi yüklərin daşınmasında istənilən növ və istənilən ölçülü gəmilərin icarəsi;
  • Dəniz daşımaçılığında 20 və 40 futluq, Hay Kub konteynerlərinin, Flat Rack və Tank konteynerlərinin icarəsinin təşkil edilməsi;
  • İstənilən həcmdə və ölçüdə yüklərin qəbulu, gömrük rəsmiləşdirilməsi, yükün yerləşdirilməsi və vəziyyəti haqqında müştəriyə məlumatın operativ şəkildə çatdırılması;
  • Yüklərin “Qapıdan – Qapıya” - “Door to Door” sistemi ilə çatdırılması və gömrüklənməsi;
  • Yükün çatdırılması üçün dəmir yol və avtomobil paromlarından istifadə;
  • Qabaritsiz yüklərin möhkəm şəkildə bağlanması;
AsProf, Logistics, Məsləhət AsProf, Logistics, Məsləhət

HAVA DAŞINMASI

AS Prof Logistics MMC Beynəlxalq yük daşımaları şirkəti standart, çox qiymətli, qabaritli, ağır çəkili və təhlükəli yüklərin yüksək səviyyədə hava yolu ilə daşınmasını təşkil edir. Şirkətin dünya üzrə paylanmış beynəlxalq partnyorları istənilən ölçülü və istənilən növ yükləri ən qısa vaxt ərzində, yüksək keyfiyyət və sərfəli qiymətlərlə dünyanın istənilən nöqtəsinə çatdırılmasına imkan yaradır. Beynəlxalq və Russiya avia şirkətləri arasında olan möhkəm əlaqələrimiz optimal uçuş marşrutunu seçməyə imkan yaradir. Hal-hazırda AS Prof Logistics MMC şirkətinin hava nəqliyyatında əməkdaşlıq etdiyi şirkətlərə Lufthansa, AZAL, Cargo Lux, British Airways, Turkish Airlines Cargo, Aeroflot və.s kimi avia şirkətlər daxildir. Müştərinin istəyi ilə şirkətimizin işçiləri istənilən yükləri hava nəqliyyatı yolu ilə gündəlik avia və çarter reysləri qəbul edən aeroportlara daşınmasını, o cümlədən də hava nəqliyyatında lazım olan bütün gömrüklənmə və sənədləşdirmə işlərini həyata keçirir. Şirkət ölkə daxilində və ölkə xaricində yüklərin aeroportdan və ya aeroporta çatdırılmasını dünya üzrə paylanmış daşımaçılıq şirkətlərinin və şirkətə məxsus olan avtomobillərinin köməyi ilə həyata keçirir.Şirkətin hava nəqliyyatında təklif etdiyi xidmət növləri:

  • “Qapıdan – Qapıya” - “Door to Door” sistemi ilə çatdırılma
  • “Qapıdan – Aeroporta” - “Door to Airport” sistemi ilə çatdırılma
  • “Aeroportdan – Qapıya” - “Airport to Door” sistemi ilə çatdırılma
  • Qabaritli və ağır yüklərin çatdırılması
  • Gömrük rəsmiləşdirməsi
  • Təhlükəli yüklərin daşınması
  • İzlənmə
  • Yüklərin sığortası
  • Yüklərin qablaşdırılması
  • Anbar xidmətləri
AsProf, Logistics, Məsləhət

Btk Xəttİ

“AS Prof Logistics” MMC BTK marşrutu (Baki-Tiflis-Qars) ilə yükdaşımaları həyata keçirən Azərbaycan şirkətidir. Biz bir müştəri ilə işləyərkən ilk növbədə keyfiyyətli və sürətli logistikaya üstünlük veririk.Dəmir yolu vasitəsi ilə Avropa və Türkiyədən BTK və onunla yanaşı Middile corridors xətti ilə yük daşınmalarını təmin edirik.Nəqliyyata vaqon və konteynerlərin daşınması daxildir.Mərkəzi ofisimiz Bakida yerləşən şirkətimizin İstanbul, Tiflis və Aktau şəhərlərindəki ofisləri ilə Siz dəyərli müştərilərimizə xidmət göstərməkdəyik.

AŞIRMA XİDMƏTLƏRİMİZ

Növündən və həcmindən asılı olmayaraq standart, agır və əndəzali yüklər, mayə yükləri, palletli yüklər, qalaq yüklər, texnika və avadanlıqlar, xüsusi sənayə məhsulları kimi yüklərin aşırılmasını həyata keçiririk. Aşırma xidmətlərimiz əsasən multimodal daşınmalarda öz əksini tapmaqdadır. Əlavə olaraq qablaşdırılma, etiketləmə və saxlanc kimi xidmətlər göstəririk. Xidmətlərimiz əsasən Avropa ölkələri, Çin, Türkiyə, İran, MDB məkanlarında liman və terminallarda yuxarıda qeyd olunan xidmətləri göstərməkdəyik.