Fiziki şəxslərin avtomobillərinin sığortası aşağıdakı şərtlər üzrə həyata keçirilir:
Üstünlüklər:
- Hadisə yerindən avtomobilin evakuasiyası (qeyri-məhdud dəfə),
- Avtomobilin təmirinin ancaq AXA MBASK Sığorta Şirkətinin tərəfdaşları kimi təsdiq olunmuş ixtisaslaşdırılmış təmir mərkəzlərində aparılması,
- Zəmanətli və yeni avtomobillərin təmirinin ancaq istehsalçı zavodun rəsmi nümayəndəliklərində aparılması,
- Kiçik məbləğdə zərərin hadisə DYP-də rəsmiləşdirilmədən ödənişi (YNH-də günahkar sığortalı olduğu halda),
- Zərər sığorta şirkəti tərəfindən qiymətləndirildikdən sonra onun dəyərinin sığorta ödənişi kimi verilməsinin mümkünlüyü,
- Daimi informasiya dəstəyi.
KASKO SIĞORTA
Sığorta obyekti:
- Nəqliyyat vasitələri (NV).
Sığorta riskləri:
- Yol-nəqliyyat hadisəsi,
- Yanğın,
- İldırım vurması,
- Partlayış,
- Təbii fəlakət (dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan),
- Üçüncü şəxslərin pis niyyətlə NV-yə qarşı hərəkətləri,
- Düşən əşyaların ziyan vurması,
- Oğurluq (sındırılmaqla)
- Sair təsadüfi və gözlənilməyən hadisələr nəticəsində vurulmuş ziyan.
MÜLKİ MƏSULİYYƏTİN SIĞORTASI
Sığorta obyekti:
- Avtomobil sahibinin məsuliyyəti.
Sığorta növləri:
- Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (NVSMMİS)
- Avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası (NVSMMKS)
Sığorta hadisəsi:
- Avtomobil sahibinin sığortalanmış avtomobili idarə edərkən digər şəxslərin həyatına, sağlamlığına və əmlakına vurulmuş zərərin ödənilməsi mükəlləfiyyəti.
SÜRÜCÜNÜN VƏ SƏRNİŞİNLƏRIN BƏDBƏXT HADİSƏLƏRDƏN SIĞORTASI
Sığorta obyekti:
- NV-də sürücünün və sərnişinlərin həyat və sağlamlıqları.
Sığorta hadisəsi:
- Avtomobildə olarkən, ya da ona minərkən və ya düşərkən baş vermiş bədbəxt hadisə nəticəsində sığortalının və sərnişinlərin sağlamlığına zərər dəyməsi və ya ölümü.
ƏLAVƏ TƏMİNATLAR
- Əlavə avadanlığın sığortası — avtomobildə quraşdırılmış və onun zavod komplektasiyasına daxil olmayan audio, video aparatlar, rabitə və xəbərdarlıq sistemləri, işıq-texniki və digər avadanlıq oğurlandıqda, zədələndikdə və ya məhv olduqda,
- Qıfılların dəyişdirilməsi — sığortalanmış maşının açar və/və ya pultunun itməsi və ya oğurlanması ilə bağlı qıfılların, açar və/və ya pultun dəyişdirilməsi üzrə xərclərin ödənişi,
- Təcili texniki yardım — sığorta hadisəsi (risk) olmayan hadisə nəticəsində avtomobilin xarab olduğu və ya sıradan çıxdığı halda sığortalanmış avtomobilə yollarda təcili texniki yardımın təşkil olunması,
- Təcili tibbi yardım — zərurət yarandığı təqdirdə sığortalanmış avtomobilin sürücüsü və sərnişinlərinə təcili tibbi yardımın təşkil olunması,
- Hadisənin araşdırılması ilə bağlı xərclər — sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxslərdən dəymiş zərərin əvəzinin qaytarılması ilə bağlı sığortalının məhkəmə xərclərinin (dövlət rüsumu və işin baxılması ilə bağlı xərclər), sığorta müqaviləsi ilə təmin olunmayan və /və ya məhkəmədən kənarda mübahisələrin həlli üçün cəlb olunmuş vəkillərin xidmətinin ödəniş xərclərinin sığortalıya ödənişi,
- Digər avtomobilin idarə olunması — sığortalanmış avtomobildən fərqli digər avtomobili idarə edərkən sığortalının mülki məsuliyyəti təmin olunur.