Mülkiyyətində avtomobili olan, yaxud avtomobilə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən hər bir şəxs avtomobilin Azərbaycan Respublikası ərazisində stifadəsi ilə bağlı mülki məsuliyyətini məcburi qaydada sığortalamalıdır.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi avtomobillərin istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə bağlanılır.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi yalnız müvafiq informasiya sistemi vasitəsilə bağlanmalıdır və yalnız həmin sistemin informasiya ehtiyatında mövcud olduqda etibarlıdır.
Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.
Sığortalının və (və ya) sığorta olunanın ailə üzvləri üçüncü şəxs hesab edilmir.
Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir:
Sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.
Tariflər:
Minik avtomobillərinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri (mühərriklərinin həcminə görə): |
Sığorta haqqı AZN |
50 sm3 – 1500 sm3 |
50 |
1501 sm3 – 2000 sm3 |
75 |
2001 sm3 – 2500 sm3 |
100 |
2501 sm3 – 3000 sm3 |
125 |
3001 sm3 – 3500 sm3 |
150 |
3501 ms3– 4000 ms3 |
175 |
4001 sm3– 4500 sm3 |
200 |
4501 sm3– 5000 sm3 |
225 |
5001 sm3 və artıq |
250 |
Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri (sərnişin yerlərinin sayına görə): |
|
9-16 |
150 |
16-dan artıq |
200 |
Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri (icazə verilən maksimum kütləsinə görə): |
|
3500kq-dək |
150 |
3501kq-7000kq |
200 |
7000 kq-dan artıq |
250 |
Motosikletlər və motorollerlər |
50 |
Qoşqular və yarımqoşqular |
25 |
Trolleybuslar və tramvaylar |
100 |
Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda sığorta haqqı 20% artıq təşkil edir |
|