Daşınmaz əmlak sahibinin məsuliyyət sığortası

Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlakın – tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkiyə məruz qalması ilə bağlı zərərlərin əvəzinin ödənilməsini nəzərdə tutur.

Sığorta təminatı verilən hadisələr

Daşınmaz əmlakın icbari sığortası aşağıda sadalanan hallar nəticəsində əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkiyə məruz qalması ilə bağlı zərərlərin əvəzinin ödənilməsinə təminat verir.

  • yanğın, ildırım düşməsi;
  • məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
  • elektrik naqillərində baş verən qısa qapanma;
  • buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
  • su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
  • yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
  • təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
  • üçüncü şəxslərin hərəkətləri. 

 

Yaşayış sahələrinin Sığorta məbləğləri və azadolma məbləğləri

Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat;  Sığorta haqqı 50 azn
Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; Sığorta haqqı 40 azn
digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat. Sığorta haqqı 30 azn