Avadanlıq sığortası

İstənilən müəssisənin vacib aktivlərindən biri avadanlıqdır. Sığortanın bu növü Sizin müəssisənizdə ixtisaslaşdırılmış texniki ekspertiza və risklərin minimallaşdırılması üzrə tövsiyyələrin hazırlanması ilə müşaiyət olunur.

Sığortaya qəbul olunan obyektlər:

  • mühərriklər,
  • generatorlar,
  • transformatorlar,
  • nasoslar,
  • komressorlar,
  • digər avadanlıqlar.

 

Sığorta təminatı:

  • Gözlənilməyən nasazlıq,
  • Personalın səhfi,
  • Fiziki partlayış,
  • Mərkəzdənqaçma qüvvələrinin təsiri,
  • Elektrik cərəyanının təsiri (qısa qapanma və sair),
  • Buxar qazanlarının partlaması və digərlər.

Adətən avadanlığın xarab olmaqdan sığortası üzrə polisini müəssisələr standart əmlak sığortası polisinə (yanğın və digər risklərdən sığorta) əlavə olaraq alırlar və o sığortalının müəssisə əmlakının sığortası üzrə təminata daxil edilməyən əmlak maraqlarını qorumaq üçündür.