Yük sığortası

Daşınma müqaviləsinin şərtlərindən asılı olmayaraq istənilən yükün daşınması zamanı itkilərin olması ehtimalı yaranır. Yüklər tez-tez itir, oğurlanır və xarab olurlar. Statistikaya görə ən çox zərər yüklərin oğurlanmasının və əskik gəlməsinin, eləcə də malların yolda qismən zədələnməsinin üzərinə düşür.

Bu cür problemlərin ən optimal həlli yük sığortası üzrə təminatın alınmasıdır.


Sığorta obyektləri:

  • İstənilən nəqliyyat növü vasitəsi ilə daşınan bütün növ yüklər,
  • Daşınma ilə bağlı nəqliyyat və qaimə xərcləri,
  • Malın təyinat nöqtəsində satışından gözlənilən gəlir.