Hüquqi və təşkilati dəstək

Bizim mütəxəssislərimiz ailələrə, fərdi sahibkarlara və şirkətlərə praktiki məsləhətlərin verilməsində ixtisaslaşmışlar.

Biznes fəaliyyətinə başlamağı planlaşdırdıqda, biz sizə uyğun təşkilati-hüquqi strukturun seçimində yardım edə bilərik. Biz sizə təsisçilər, səhmdarlar, işçilər və digər maraqlı tərəflər arasında danışıqların aparılmasında və sənədlərin rəsmiləşdirilməsində dəstək ola bilərik.  Bizim xidmətlərimizə aşağıdakılar daxildir:

  • Şirkətin təsis edilməsi

Azərbaycanda məhdud məsuliyyətli və ya səhmdar cəmiyyətinin, nümayəndəliyin və ya agentliyin təsis edilməsi ilə əlaqədar qanunvericiliyin tələbləri üzrə məsləhətlər;

  • Tender sənədləşməsi;
  • Sənaye, tikinti və təchizat layihələri üzrə yerli və beynəlxalq tender sənədlərinin nəzərdən keçirilməsi və təhlili. Hüquqi və iqtisadi risklərin azaldılması üçün hüquqi və iqtisadi şərtlərin layihələndirilməsi;
  • Müqavilələrin hazırlanması.

Sənaye layihələri, agentlik müqavilələrin, tenderdə birgə iştirak müqavilələrin, texniki yardım müqavilələrinin və əlaqəli sazişlərin şərtlərinin razılaşdırılması və mütəxəssis dəstəyi;

  • Korporativ xidmətlər

Şirkətlərin birləşməsi və satınalınması ilə əlaqədar mütəxəssis məsləhətləri, eləcə də borc qiymətli kağızlarının və səhmlərin emissiyası ilə əlaqədar emissiya prospektlərinin hazırlanmasına dəstək.