İcbari sığorta

İcbari sığorta (daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari sığortası, işçilərin bədbəxt hadisələrdən icbari həyat sığortası) fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin edən sığorta növüdür.

Mülkiyyətində avtomobili olan, yaxud avtomobilə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən hər bir şəxs avtomobilin Azərbaycan Respublikası ərazisində stifadəsi ilə bağlı mülki məsuliyyətini məcburi qaydada sığortalamalıdır.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi avtomobillərin istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə bağlanılır.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi yalnız müvafiq informasiya sistemi vasitəsilə bağlanmalıdır və yalnız həmin sistemin informasiya ehtiyatında mövcud olduqda etibarlıdır.


Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.

Sığortalının və (və ya) sığorta olunanın ailə üzvləri üçüncü şəxs hesab edilmir.
 

Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir:

  • fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
  • üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

Sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. 

Tariflər:

Minik avtomobillərinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri  (mühərriklərinin həcminə görə):

Sığorta haqqı

AZN

50 sm3 – 1500 sm3

50

1501 sm3 – 2000 sm3

75

2001 sm3 – 2500 sm3

100

2501 sm3 – 3000 sm3

125

3001 sm– 3500 sm

150

3501 ms3– 4000 ms3

175

4001 sm3– 4500 sm3

200

4501 sm3– 5000 sm3

225

5001 sm3 və artıq

250

Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri (sərnişin yerlərinin sayına görə):

 

9-16

150

16-dan artıq

200

Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri (icazə verilən maksimum kütləsinə görə):

 

3500kq-dək

150

3501kq-7000kq

200

7000 kq-dan artıq

250

Motosikletlər və motorollerlər

50

Qoşqular və yarımqoşqular

25

Trolleybuslar və tramvaylar

100

Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda sığorta haqqı 20% artıq təşkil edir

 

Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlakın – tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkiyə məruz qalması ilə bağlı zərərlərin əvəzinin ödənilməsini nəzərdə tutur.

Sığorta təminatı verilən hadisələr

Daşınmaz əmlakın icbari sığortası aşağıda sadalanan hallar nəticəsində əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkiyə məruz qalması ilə bağlı zərərlərin əvəzinin ödənilməsinə təminat verir.

  • yanğın, ildırım düşməsi;
  • məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
  • elektrik naqillərində baş verən qısa qapanma;
  • buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
  • su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
  • yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
  • təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
  • üçüncü şəxslərin hərəkətləri. 

 

Yaşayış sahələrinin Sığorta məbləğləri və azadolma məbləğləri

Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat;  Sığorta haqqı 50 azn
Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; Sığorta haqqı 40 azn
digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat. Sığorta haqqı 30 azn

Hüquqi şəxslər,həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər faktiki sahib olduqları, həmçinin icarəyə götürdükləri və ya etibarnamə əsasında idarə etdikləri, yaxud digər qanuni əsaslarla sahib olduqları daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətini icbari qaydada sığortalamalıdırlar.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəymiş zərərin əvəzini ödənilməsi məqsədilə həyata keçirilir. 
Daşınmaz əmlak dedikdə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən öz fəaliyyətlərini həyata keçirmək məqsədilə istismar edilən binalar, tikililər, qurğular, sahələr başa düşülür. 
Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:

  • elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
  • qaz partlayışı;
  • elektrik naqillərində baş verən qısa qapanma;
  • su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslər:

Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqaviləsinin tərəfi olmayan, sığortalının hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən hər hansı əmlakın olduğu yerə, həmçinin inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparıldığı əraziyə giriş müvafiq qaydada qadağan olunmadığı halda, həmin əraziyə daxil olan şəxslər, habеlə onların ailə üzvləri üçün üçüncü şəxs sayılırlar.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir:

  • fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
  • əmlaka dəyən zərər üzrə 50.000 manat.

İcbari həyat sığortası istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortadır. Bu sığorta növü üzrə ödəniş aşağıdakı hallarda təmin edilir:

  • istehsalatda bədbəxt hadisə nəticəsində sığortalının tam və ya qismən əmək qabiliyyətinin itirilməsi;
  • istehsalatda hər hansı bir bədbəxt hadisə və ya xəstəlik nəticəsində əmək qabiliyyətinin qismən itirilməsi;
  • sığorta müqaviləsi qüvvədə olduğu müddətdə sağalmaz xəstəliklərin peyda olunması.