Sığorta

Sığorta şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

İcbari sığorta (daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari sığortası, işçilərin bədbəxt hadisələrdən icbari həyat sığortası) fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin edən sığorta növüdür.

Sahibkarlıq subyektlərinin maliyyə dayanıqlılığını təmin etmək üçün üzləşə biləcəkləri risklərin qarşılanması üçün vacib olan sığorta növüdür. Hər bir fəaliyyət növünə məxsus olan risklər təfərrüatla nəzərdən keçirilərək Sizin biznes üçün ən optimal sığorta həlləri seçilir.

Daşınar və daşınmaz əmlakın, sağlamlığın və həyatın qorunmasını, xaricə səfər edərkən tibbi yardım və arzuolunmayan digər risklərdən qorunmanı təmin edir. Hər bir şəxsin ehtiyacları və büdcəsi nəzərə alınaraq optimal xidmət dəsti seçilir.