Könüllü sığorta

Sahibkarlıq subyektlərinin maliyyə dayanıqlılığını təmin etmək üçün üzləşə biləcəkləri risklərin qarşılanması üçün vacib olan sığorta növüdür. Hər bir fəaliyyət növünə məxsus olan risklər təfərrüatla nəzərdən keçirilərək Sizin biznes üçün ən optimal sığorta həlləri seçilir.

Daşınma müqaviləsinin şərtlərindən asılı olmayaraq istənilən yükün daşınması zamanı itkilərin olması ehtimalı yaranır. Yüklər tez-tez itir, oğurlanır və xarab olurlar. Statistikaya görə ən çox zərər yüklərin oğurlanmasının və əskik gəlməsinin, eləcə də malların yolda qismən zədələnməsinin üzərinə düşür.

Bu cür problemlərin ən optimal həlli yük sığortası üzrə təminatın alınmasıdır.


Sığorta obyektləri:

  • İstənilən nəqliyyat növü vasitəsi ilə daşınan bütün növ yüklər,
  • Daşınma ilə bağlı nəqliyyat və qaimə xərcləri,
  • Malın təyinat nöqtəsində satışından gözlənilən gəlir.

Sizin şirkətin avtomobil parkını Azərbaycan Respublikasında fəaliyyət göstərən ən etibarlı sığorta şirkətlərində ən əlverişli şərtlərlə sığortalanmasını təmin edə bilərik. Xüsusilə aşağıda sadalanan xidmətlərə təminat veririk:

  • Hadisə yerindən avtomobillərin evakuasiyası (qeyri-məhdud dəfə);
  • avtomobillərin təmirinin təsdiq olunmuş ixtisaslaşdırılmış təmir mərkəzlərində aparılması;
  • zəmanətli və yeni avtomobillərin təmirinin ancaq istehsalçı zavodun rəsmi nümayəndəliklərində aparılması;
  • kiçik məbləğdə zərərin hadisə DYP-də rəsmiləşdirilmədən ödənişi (YNH-də günahkar sığortalı olduğu halda);
  • zərərin məbləği sığorta şirkəti tərəfindən qiymətləndirildikdən sonra onun sığorta ödənişi kimi verilməsinin mümkünlüyü;
  • sığorta müqaviləsinin bağlanması və sığorta hadisələrinin tənzimlənməsi üzrə sizin təşkilata xidmət göstərmək üçün səlahiyyətli əməkdaşların təyin olunması;
  • daimi məlumat dəstəyi;
  • əməkdaşların şəxsi avtomobilləri və əmlakının güzəştli sığortası.

Bizim şirkət sizin şirkət

Bizim şirkət vasitəsilə sığortalanmağın üstünlükləri:

  • hər bir müştəriyə fərdi yanaşma və hər bir sığortalı üçün daha optimal şərtlərin seçimi;
  • etibarlı təkrar sığorta müdafiəsi;
  • yanğına qarşı təhlükəsizliyin təkmilləşdirilməsi üzrə təkliflər də daxil olmaqla Sizin müəssisədə risklərin minimallaşdırılması üzrə sığorta məsləhətlərinin verilməsi;
  • böyük təcrübəyə malik mütəxəssislər tərəfindən yanğına qarşı təhlükəsizlik üzrə Sizin əməkdaşlara xüsusi treninqlərin təşkili imkanı;
  • sığorta müqavilələrinin bağlanması və sığorta hadisələrinin tənzimlənməsi üzrə Sizin təşkilata xidmət göstərmək üçün səlahiyyətli əməkdaşların təyin olunması;
  • daimi məlumat dəstəyi;
  • əməkdaşların şəxsi avtomobillərinin və əmlaklarının güzəştli sığortası.

Sığorta obyekti:

  • Binalar, qurğular (yer və təmir xərcləri də daxil olmaqla),
  • Mühəndis kommunikasiyaları, istehsal avadanlığı,
  • Ofis, elektron və ticarət avadanlığı, mebel
  • Materiallar, xammal, yarımfabrikatlar, hazır məhsul, mal ehtiyatları, digər əmlak.

Sığorta riskləri:

  • Yanğın,ildırım vurması,partlayış,
  • Təbii fəlakət (dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan),
  • İdarəolunan uçan aparatların və onların qalıqlarının düşməsi,
  • Boru və rezervuarların deşilməsi nəticəsində su boru sistemindən axan suyun əmlaka ziyan vurması,
  • Üçüncü şəxslərin pis niyyətlə hərəkətləri, o cümlədən oğurluq (sındırılmaqla),
  • Yerüstü nəqliyyat vasitələrinin vurması,
  • Sürüşmə, sel, torpaq çökmələri,
  • Digər risklər.

Tikinti və montaj risklərinin sığortası sifarişçinin və podratçıların əmlak maraqlarını qoruyaraq obyektin tikintisi, təmiri və rekonstruksiyası aparılan proseslərdə olduğu kimi buraxılış sonrası zəmanət öhdəlikləri zamanı da baş vermiş müxtəlif gözlənilməz situasiyalarda maliyyə itkilərini qarşılamağa imkan verir.

Sığortaya qəbul olunan obyektlər:

  • yollar,tunellər, körpülər, körpü keçidləri, yol ötürücüləri, müdafiə, istehkam və digər yol qurğuları, tikinti materialları da daxil olmaqla binalar, mühəndis və digər qurğularda da aparılan işlər daxil olmaqla tikinti-montaj işləri,
  • tikinti sahəsinin avadanlığı: müvəqqəti qurğular, anbarlar, mühəndis kommunikasiyaları,
  • tikinti maşınları və avadanlıqları: yerqazan, yol-tikinti texnikası və avadanlığı, eləcə də kranlar, qaldırıcılar, beton-məhlul qarışdırıcıları, qaynaq aparatları, kompressorlar, transformatorlar, dirək üzərində qurulu özül qurğusu üçün avadanlıq və sair,
  • sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması üzrə, o cümlədən sığorta hadisəsindən sonra tikinti sahəsinin ərazisinin təmizlənməsi üzrə xərclər, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması üçün yüklərin təcili daşınması üzrə, iş vaxtından artıq vaxtda görülən işlərin ödənişi üzrə xərclər,
  • istismara verilmiş obyektlər üzrə buraxılış sonrası zəmanət öhdəlikləri,
  • tikinti-montaj işləri aparılarkən və / və ya buraxılış sonrası zəmanət öhdəlikləri periodunda üçüncü şəxslərin sağlamlığına, həyatına və / və ya əmlakına zərər vurmağa görə mülki məsuliyyət.

 

Sığortanın şərtləri:

Sığorta "bütün risklərə görə məsuliyyətlə" şərtlərinə əsasən aparılır, o cümlədən:

  • Yanğın, ildırım vurması, partlayış, uçan aparatların və onların qalıqlarının düşməsi,
  • dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan,tayfun, sunami, siklon, vulkanizm,
  • subasma, sel, qrunt sularının subasması, leysan,
  • qar yağması, qar kütlələrinin basması, uçqun, sürüşmə, torpaq çökmələri,
  • mühəndis şəbəkəsinin (su boruları, kanalizasiya, istilik təchizatı, elektrik təchizatının) qəzası,
  • elektrik cərəyanının təsiri (qısa qapanma, elektrik şəbəkəsinin artıq yüklənməsi və sair),
  • obyektin dağılması və ya zədələnməsi (o cümlədən qismən qopub tökülən və dağılan),
  • zay avadanlıqdan və ya defektli materialdan istifadə, bu şərtlə ki, sığortalı sığorta hadisəsi baş verən anadək bu çatışmazlıqlar barədə bilməsin,
  • üçüncü şəxslərin qanunazidd hərəkətləri, o cümlədən sındırmaqla oğurluq, basqın, soyğunçuluq, qarət, talan, quldurluq, xuliqanlıq hərəkətləri,

sığorta müqaviləsi ilə istisna olunmayan digər gözlənilməz hadisələr.

İstənilən müəssisənin vacib aktivlərindən biri avadanlıqdır. Sığortanın bu növü Sizin müəssisənizdə ixtisaslaşdırılmış texniki ekspertiza və risklərin minimallaşdırılması üzrə tövsiyyələrin hazırlanması ilə müşaiyət olunur.

Sığortaya qəbul olunan obyektlər:

  • mühərriklər,
  • generatorlar,
  • transformatorlar,
  • nasoslar,
  • komressorlar,
  • digər avadanlıqlar.

 

Sığorta təminatı:

  • Gözlənilməyən nasazlıq,
  • Personalın səhfi,
  • Fiziki partlayış,
  • Mərkəzdənqaçma qüvvələrinin təsiri,
  • Elektrik cərəyanının təsiri (qısa qapanma və sair),
  • Buxar qazanlarının partlaması və digərlər.

Adətən avadanlığın xarab olmaqdan sığortası üzrə polisini müəssisələr standart əmlak sığortası polisinə (yanğın və digər risklərdən sığorta) əlavə olaraq alırlar və o sığortalının müəssisə əmlakının sığortası üzrə təminata daxil edilməyən əmlak maraqlarını qorumaq üçündür.

Bizim mütəxəssislər sorğunuza uyğun olaraq sizin şirkət üçün fərdi tibbi sığorta proqramı yarada bilərlər.

Könüllü tibbi sığorta aşağıdakıları əhatə edir:

  • Təcili tibbi yardım,
  • Stasionar müalicə,
  • Ambulator müalicə,
  • Təxirəsalınmaz stomatoloji müalicə,
  • Analıq vaxtı kömək.

Bu sığorta təminatının sahibi sığorta müqaviləsinin şərtlərinə əsasən tibbi xidmətlərdən pulsuz istifadə etmək hüququnu qazanır. Ölkənin hüdudlarından kənarda bütün sığorta hadisələrinin koordinasiyasını dünyanın 41 ölkəsində nümayəndəliyi olan dünya şöhrətli "İnternational SOS" tibbi xidmət şirkəti həyata keçirir.

Sizin arzunuza görə müqavilə 1 il müddətinə bağlandığı kimi konkret olaraq hər bir ezamiyyət müddətinə də bağlana bilər.